2021/02/800px-1614437992.jpg

line
Adı: Nudirəliyev
Soyadı: Zaur
Ata adı: İsmayıl
Doğum tarixi: 01.09.1978
Şəhid olub: 04.10.2020
Rütbəsi: polkovnik
Təltifləri
«Vətən Müharibəsi Qəhrəmanı» medalı«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (I dərəcə)«Qüsursuz xidmətə görə» medalı (II dərəcə)«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (II dərəcə)«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)


Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub.1985-ci ildə Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məktəbdə təhsilinə başlayıb və 1992-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 1992-ci ildən 1995-ci ilə qədər isə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib. 1995-ci ildə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə daxil olan Zaur Nudirəliyev, 2000-ci ildə həmin məktəbi təyyarəçi ixtisası üzrə bitirib.


Ailəli idi. Ömər adında bir oğlu və Pəri adında bir qızı yadigar qaldı.Zaur Nudirəliyev 2000-ci ilin fevral ayından 2004-cü ilin iyul ayına qədər "N" saylı hərbi hissədə 3-cü aviasiya eskadrilyası aviasiya manqasının təyyarəçisi, 2004-cü ilin iyul ayından 2004-cü ilin dekabr ayına qədər isə "N" saylı hərbi hissədə 3-cü aviasiya eskadrilyası aviasiya manqasının baş təyyarəçisi olub.


2004-cü ilin dekabr ayından 2007-ci ilin mart ayına qədər "N" saylı hərbi hissədə 1-ci aviasiya eskadrilyası aviasiya manqasının baş təyyarəçisi, 2007-ci ilin mart ayından 2009-cu ilin dekabr ayına qədər "N" saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyasının manqa komandiri olan Zaur Nudirəliyev, 2009-cu ilin dekabr ayından 2011-ci ilin may ayına qədər "N" saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyası komandirinin müavini-şturman vəzifəsində xidmət edib.


Zaur Nudirəliyev 2011-ci ilin may ayından 2013-cü ilin noyabr ayına qədər "N" saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyasının qərargah rəisi, 2013-cü ilin noyabr ayından 2015-cü ilin avqust ayına qədər isə "N" saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyasının komandiri olub.


Zaur Nudirəliyev 2015-ci ilin avqust ayından "N" saylı hərbi hissə komandirinin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılma bölməsinin rəisi vəzifəsində xidmət edirdi.



Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında xidmət elədiyi 20 il ərzində bir sıra döyüş üsullarını ərsəyə gətirmişdir və uğurlu sınağlardan sonra döyüşlərdə icra etmişdir.

Zaur Nudirəliyev mütamadi olaraq hərbi təlimlər zamanı "Su-25" hücum təyyarələrinin tam döyüş potensialından istifadə edirdi. O, nişangah istifadə etmədən, yalnızca riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etmişdir. NATO standartlarına uyğun bu üsul digər təyyarəçilərə də aşılanmışdır.

Vətən müharibəsindən əvvəl Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən "Su-25" hücum təyyarələrində yeni döyüş üsullarının istifadə olunması ilə bağlı qərar verilmişdir. Komandalıq tərəfindən bu iş xarici dövlətlərdə təhsil alması və bir çox dövlətlərlə aparılan hərbi təlimlərdə təcrübə toplaması nəzərə alınaraq Zaur Nudirəliyevə həvalə olunmuşdur.

Azərbaycan Hərbi Hava Qüvvələrinin "Qarabağ" ordenli mayoru Cavid Fərəcovun sözlərinə görə, "Su-25" hücumçu təyyarə olaraq aşağı hündürlühdə istifadə üçün təyin olunub."Su-25" hücum təyyarəsisi aşağı və orta hündürlühdə uçarsa hava hücumundan müdafiə vasitələri tərəfindən vurulması ehtimalı çoxdur. Amma Zaur Nudirəliyevin araşdırmaları nəticəsində "Su-25" hücum təyyarəsinin sahib olduğu göstəricilərdən məharətlə istifadə olunmuşdur, nəticədə yeni bir döyüş üsulu ərsəyə gəlmişdir. "Su-25" hücum təyyarəsindən bomba atışının tam dəqiq olması üçün birinci dəfə olaraq aşağı və ya orta hündürlühdən yox, məhz yuxarı hündürlühdən istifadə olunmuşdur. Bu üsul təcrübədə uğurlu alındığı üçün sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı geniş istifadə olunmuşdur. Nəticədə Ermənistan Silahlı Qüvvələrinin dayan məntəqələrinə və canlı qüvvələrinə ağır zərbələr endirilmişdir.

Zaur Nudirəliyev həmçinin daha bir nailiyyətə imza atmışdır. Lazer güdümlü bombalar sadəcə "Su-25" hücum təyyarəsi modernizə olunmuş versiyası hesab olunan "Su-25T" hücum təyyarəsində atılır.Amma Zaur Nudirəliyevin təcrübəsi nəticəsində birinci dəfə "Su-25" hücum təyyarəsindən lazer güdümlü bombalar atılmışdır.


Azərbaycan Hərbi Hava Qüvvələrinin "Qarabağ" ordenli zabiti Elçin Məmmədovun sözlərinə görə, Zaur Nudirəliyevin idarə etdiyi "Su-25" hücum təyyarəsi verilən döyüş tapşırığının yerinə yetirilməsi üçün Cəbrayıl istiqamətində uçuşa yollanmışdır. Kəşfiyyat məlumatına əsasən həmin ərazidə Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) vasitələri olmamalı idi. Amma Zaur Nudirəliyevin idarə etdiyi təyyarə həmin ərazidə təyin olunmuş hədəfə yaxınlaşan zaman idarəetmə məntəqəsinə Ermənistan Hava Hücumundan Müdafiə Qoşunlarının müdafiə vasitələrinin hazır vəziyyətə gətirilməsi barədə operativ məlumat daxil olmuşdur. Buna görə də dərhal onlara geri qayıtmaq tapşırığı verilmişdir. Həmin dəqiqədən sonra Zaur Nudirəliyevlə əlaqə dayandı və o çağırışa cavab vermədi. Artıq "Su-25" hücum təyyarəsi Ermənistan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulmuşdu. Həmin zərbə "Su-25" hücum təyyarəsinin Katapult oturacağını zədələmədiyi üçün onun xilas olmaq ehtimalı yaranmışdır. Amma həmin günlərdə Cəbrayıl şəhəri və onun ətraf yaşayış məntəqələri istiqamətində şiddətli döyüşlər getdiyi üçün onun paraşütlə eniş edəcəyi halda Ermənistan Silahlı Qüvvələrinin nəzarətində altında olan ərazilərə düşüb, qarşı tərəfə əsir düşmə ehtimalı da var idi. Buna görə də Zaur Nudirəliyev "Atəş ramı" etməyi qərara alır və "Su-25" hücum təyyarəsini nütün sürəti ilə Ermənistan Ordusunun bir qrup canlı qüvvəsinin cəmləşdiyi yerdə, zirehli nəqliyyat vasitəsinə çırpır.

Zaur Nudirəliyev Azərbaycanın hərb tarixində "Atəş ramı" edən birinci pilot olmaqla yanaşı, 1941-ci ildə sovet hərbi pilotu N. Qastellodan sonra bu addımı atan birinci pilot oldu Zaur Nudirəliyev II Fəxri Xiyabanda dəfn olunub.



Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.



Təltifləri


  — III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı
 — II dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı
 (26.06.2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
 (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
 (26.06.2010) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
 (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
 (26.06.2015) — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
 (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
 (26.06.2020) — I dərəcəli "Qüsursuz xidmətə görə" medalı
 (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
 (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
 (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)


 










 


memorial.az