2021/03/12207-1615543790.jpg

line
Soyad: Ramaldanov
Ad: Babək
Ata adı: Meyvəddin
Doğum tarixi: 09.08.1982
Şəhid olub: 16.10.2020
Rütbə: polkovnik-leytenant
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (II dərəcə)«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı
Babək Meyvəddin oğlu Ramaldanov (9 avqust 1982; Bakı, Azərbaycan SSR — 16 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi

Babək Ramaldanov 1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olub. Əslən Qusar rayonunda idi. 1989-1997-cı illərdə Xətai rayonunda 59 nömrəli tam orta mətəbdə, 1997-2000-ci illərdə isə Cəmşid Naxçıvansi adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Mətəbində (AAHM), 2017-2019-cu illərdə isə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Liseyində ali hərbi alıb. Ailəli idi. Ramaldan və Süleyman adında 2 oğlu yadigar qaldı. Onun əmisi — Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Qarabağ müharibəsinin qazisi Şair Ramaldanovdur.



Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Babək Ramaldanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Ramaldanov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub.  II Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Ramaldanov ölümündən sonra  "Vətən uğrunda" medalı ilə təltif edildi.



Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Ramaldanov ölümündən sonra  "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.



Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Ramaldanov ölümündən sonra  "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


Təltifləri
  (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
 (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
 (26.06.2014) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
 (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
 (26.06.2019) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
 (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
 (15.12.2020) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)
 (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)