2021/03/jjjhg-1615791271.jpg

line
Adı: Rəşidov
Soyadı: İlham
Ata adı: Tahir
Doğum tarixi: 01.03.1983
Şəhid olub: 27.09.2020
Rütbəsi: Baş gizir
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (I dərəcə)«Qüsursuz xidmətə görə» medalı (II dərəcə)«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı
İlham Rəşidov (tam adı: Rəşidov İlham Tahir oğlu; 31 mart 1983; Marı vilayəti, Türkmənistan — 27 sentyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi.

İlham Rəşidov 1983-cü il martın 1-də Marı vilayətində anadan olub. Sonradan Rəşidovlar ailəsi Azərbaycana gəliblər və Xudat şəhərində yaşamağa başlayıblar.

Azərbaycan Ordusunun baş giziri olan İlham Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlham Rəşidov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Xudat şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlham Rəşidov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlham Rəşidov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.