2021/04/16091-1617528344.jpg

line
Adı: İsmayılov
Soyadı: Fuad
Ata adı: Murad
Doğum tarixi: 26.10.1986
Şəhid olub: 04.10.2020
Rütbəsi: Mayor
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı«Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi» yubiley medalı

Fuad Murad oğlu İsmayılov 26 oktyabr 1986-cı ildə Şərur rayon Qıvraq kəndində anadan olub. 1993-cü ildə Qıvraq kənd orta məktəbinin birinci sinifinə daxil olub. Fuad hələ uşaqlıqdan hərbçi olmaq arzusunda olub. Atası idman müəllimi olduğu üçün Fuad və qardaşları daha çevik, sağlam böyüyblər. Fuad İsmayılov 2002-ci ildə Cəmşid Naxcıvanski adına hərbi liseyə, 2005-ci ildə isə Heydər Əliyev adına Ali hərbi Məktəbinə daxil olub. 2009-cu ildə leytenant rütbəsi alaraq AHHM-də işləməyə baslayib. 2012-ci ildə baş "leytenant", 2016-cı ildə "kapitan", 2020-ci ildə isə "mayor" hərbi rütbələrini alıb. Fuaddan əlavə kiçik qardaşı Heydər İsmayılov da, hərbçidir.


Fuad İsmayılov 2020-ci ilin 27 sentyabrında başlamış ikinci Qarabağ savaşında mərdliklə iştirak edib, Tərtər rayonu Talış kəndinin azad edilməsində böyük cəsarət nümayiş etdirib. 4 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz 10 oktyabr 2020-ci ildə İkinci Fəxri Xiyabanda dəfn edilib.

Şəhid mayorumuz ailəli idi, özündən sonra 2 oğlan övladı - 2014-cü il təvəllüdlü Xəyal və 2020-ci il təvəllüdlü Yusif vətənə yadigar qalıb.

Xidməti dövründə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülən Fuad Murad oğlu İsmayılov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" medalları ilə təltif edilib.