2021/04/jh-1618322560.jpg

line
Adı: Əsgərov
Soyadı: Rüfət
Ata adı: Mürvət
Doğum tarixi: 01.12.1980
Şəhid olub: 14.10.2020
Rütbəsi: mayor
Təltifləri
«Vətən uğrunda» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (I dərəcə)«Qüsursuz xidmətə görə» medalı (II dərəcə)«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı

Rüfət Əsgərov 1981-ci il avqustun 29-da Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. 1988-1996-cı illərdə Xətai rayonunda Ə. Əliyev adına 204 nömrəli tam orta məкtəbdə, 1996-1999-cu illərdə isə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) təhsil alıb.


"Leytenant" hərbi rütbəsi ilə Rüfət Əsgərov 2003-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində, "baş leytenant" hərbi rütbəsi ilə isə 2009-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. "Kapitan" hərbi rütbəsində 2012-2014-cü illərdə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, 2014-cü ildə isə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2014-cü ildə "mayor" hərbi rütbəsi alan Rüfət Əsgərov, həmin ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbinin (AAHM) "Kəşfiyyat" Kafedrasının baş müəllimi idi.


Hərb yolu həm də Xüsusi Təyinatlı Qüvvələrdən keçmiş mayor Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüşlərdə, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında fərqlənib.


Rüfət Əsgərov oktyabrın 14-də şəhid olub.  Füzuli ərazisində, Su-25 tipli təyyarədə döyüş tapşırığını yerinə yetirərəkən düşmən tərəfindən vurulub. II Fəxri Xiyabanda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Əsgərov ölümündən sonra  "Vətən uğrunda" medalı ilə təltif edilib.


Şəhid mayor Rüfət Əsgərov ordudakı misilsiz xidmətlərinə görə həmçinin II I dərəcəli "Qüsursuz xidmətə görə" medalı, II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, I dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib.

Atası Mürvət Əsgərov deyir ki, oğlum General -mayor Polad Həşimov və şəhid polkovnik-leytenant Raquf Orucovla ,eləcə də bütün şəhidlərimizlə qürur duyurdu. Bir gün onların qısasını alacağam deyirdi və aldı da.


Nicat Əsgərov deyir ki, qardaşımın Vətən sevgisi danışmaqla bitməz. Sonuncu dəfə elə qardaşı ilə danışarkən övladlarını da ona əmanət edib.


Yoldaşı Arzu Əsgərova deyir ki, Vətənə, torpağa, elə-obaya bağlılığı və sevgisini daim övladlarına aşılayırdı.


Şəhidin vətənə əmanət iki övladı böyüyür. Xansuvar Zəhra .Oğlu deyir ki, atam müharibənin başlamasını səbirsizliklə gözləyirdi.