Azərbaycan Ordusunun leytenantı olan Nicat Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Məmmədli oktyabrın 9-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Culfa şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Nicat Məmmədli ölümündən sonra "Vətən müharibəsi iştirakçısı", "Ağdamın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "Rəşadət ordeni" medalları ilə təltif edilib.