2021/04/Scree-1618471690.jpg

line
Adı: Şəbiyev
Soyadı: Məhəmməd
Ata adı: Vaqif
Doğum tarixi: 06.08.1998
Şəhid olub: 04.10.2020
Rütbəsi: Leytenant
Təltifləri
«Rəşadət» ordeni«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Ağdamın azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
İkinci Qarabağ müharibəsində düşmənə meydan oxuyan qəhrəmanlarımızdan bir də Məhəmməd Şəbiyevdir. O, döyüşlər başlayan ilk gündən silahını çiyniyə asaraq cəbhəyə yollanan ən gənc zabitlərimizdəndir. "Bu torpaq mənimdirsə, onu düşməndən özüm azad etməliyəm" deyən Məhəmməd Ali Hərbi Məktəbi bitirən kimi döyüş bölgəsinə təyinat alıb. Bir qədər sonra vətən müharibəsi başlayıb və düşmənin əsas istehkam məntəqələrinin dağıdılmasında şücaəti ilə fərqlənib. Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında isə qəhrəmancasına şəhid olub...

Hələ uşaqlıqdan hərbə olan marağı Məhəmmədə ailəsindən keçib. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atası Vaqif Şəbiyev ehtiyatda olan mayordur. Məhəmmədi tanıyanlar həmişə onun torpaq və vətən sevgisinə qibtə ediblər. Elə bu sevgi də Məhəmmədə həmin torpaq uğrunda şəhidlik zirvəsi bəxş edib.

Bu gün Məhəmmədin yolunu davam etdirmək istəyən iki körpə qardaşı və şəhid olduğu gündən bəri onun formasını əynindən çıxarmayan bacısı var. Qəhrəmanımızın yolunu gözləyən daha bir nəfər də var idi...

Məhəmməd hələ hərbçi olmağa qərar verərkən inanıb ki, torpaqlarımız tezliklə işğaldan azad ediləcək və o, da bu mübarizənin iştirakçısı olacaq. Rahat uyu, şəhidim, arzuna çatmısan. Sənin başladığın yolu silahdaşların sona çatdırdı və artıq torpaqlarımız düşmən işğalından azad edilib.

Vaqif Şəbiyev deyir ki, Məhəmməd zabit kimi İkinci Fəxri Xiyabanda dəfn edilib: “Oğlum Talışın azad edilməsində iştirak edib, Suqovuşan uğrunda döyüşlərdə dağda şəhid oldu. Minamyot zərbəsindən qəlpələr sinəsini parçalamışdı, qanı da döş cibində hərbi biletinə yaxılmışdı. Oktyabrın 4-də şəhid oldu, amma nəşi neytral zonada qaldığı üçün götürə bilməmişdilər. Döyüş yoldaşı oktyabrın 9-da gecə gizlicə gedib onun cənazəsini saatlarla daşıyaraq gətirmişdi. Oktyabrın 10-da Müdafiə Nazirliyinin rəsmilərinin iştirakı ilə İkinci Fəxri Xiyabanda yüksək səviyyədə zabit kimi dəfn edildi"

Şəhid olduğu gün, səhər saat 10-da ailəsi ilə telefonla danışaraq, hər şeyin yaxşı olduğunu, narahat olmamalarını söyləyir. Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmançasına döyüşərək 12 zabit heyətilə bərabər elə həmən gün oktyabrın 4-də şəhidlik zirvəsinə yüksəlir. Bakıdakı 2-ci Şəhidlər xiyabanında da döyüş yoldaşları ilə bərabər uyuyurlar.

Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Məhəmməd Şəbiyev ölümündən sonra "Rəşadət" ordeni", "Vətən müharibəsi iştirakcısı", "Ağdamın azad olunması", "Suqovuşanın azad olunması" və "Vətən uğrunda" medalları ilə təltif olunub.