2021/09/ILQAR-1632165995.jpg

line
Adı: Mirzəyev
Soyadı: İlqar
Ata adı: Anzor
Doğum tarixi: 08.05.1973
Şəhid olub: 14.07.2020
Rütbəsi: Polkovnik
Təltifləri
Azərbaycanın Milli Qəhrəmanı
«Vətənə xidmətə görə» ordeni«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (I dərəcə)«Qüsursuz xidmətə görə» medalı (II dərəcə)«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı

Hər bir xalqın taleyində qəhrəmanlar var. Tarixi şəraitdən asılı olaraq vətən, millət qarşısında taleyüklü məsələlərin həllində xüsusi rol oynayan şəxsiyyətlər, cəsarətli insanlar öz xalqının tarixinə qəhrəman kimi düşürlər. Onların adı ölkələrinin adı ilə qoşa çəkilir. Belə igidlərdən biri də igidlik simvolu kimi tanınan və hər bir azərbaycanlı üçün qürur mənbəyi olan İlqar Mirzəyevdir.

İlqar Anzor oğlu Mirzəyev 8 may 1973-cü ildə Gürcüstan Respublikasının Qardabani şəhərində anadan olub. 1980-ci ildə həmin şəhərdə orta məktəbə daxil olub, 1990-cı ildə bitirib. 1991-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. 1995-ci ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə xidmətə başlayıb.

2000-ci ildə hərbi xidmətdə fərqlənərək, bir çox uğura imza atıb. Komandir kimi diviziya birincisi olduqdan sonra ona vaxtından əvvəl mayor rütbəsi verilib. 2003-2005-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında ixtisası üzrə təhsilini təkmilləşdirib. Müxtəlif illərdə Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Goranboy və Şəmkir şəhərlərində hərbi xidmətdə olub.

Xidməti dövründə “ Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “ Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “ Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalları, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı, “ Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi ilə təltif olunub.

2016-cı ildə Aprel döyüşləri zamanı şücaət və qəhrəmanlıq göstərib, Polkovnik-Leytenant rütbəsindən Polkovnik rütbəsinə yüksəlib. Həmin il "Vətənə Xidmətə görə" II və III dərəcəli ordeni ilə təltif olunub.

2019-cu il, fevralın 23-də 3-cü Ordu korpusunun Artilleriya rəisi təyin olunub. Azərbaycan Silahlı Qüvvələrinin Polkovniki İlqar Mirzəyev 14 iyul, 2020-ci ildə Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi Bakıda böyük izdihamla qarşılanmışdı.

Şəhid polkovnik İlqar Mirzəyev iyulun 15-də Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda dəfn edilib.


Ölümündən sonra Polkovnik İlqar Mirzəyevin şəxsi əşyaları AMEA-nın (Azərbaycan Milli Elmlər Akademiyası) Milli Azərbaycan Tarix Muzeyinə təqdim edilib . Şəxsi əşyalar arasında onun hərbi geyimi, papaq və çəkməsi, hərbi səhra çantası var.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik İlqar Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

İlqar Mirzəyev ailəli idi. Bir oğul və bir qız övladı yadigar qalıb.