2021/09/HaMID-1632173374.jpg

line
Adı: Həmidov
Soyadı: Şükür
Ata adı: Nəriman
Doğum tarixi: 01.03.1975
Şəhid olub: 22.10.2020
Rütbəsi: polkovnik
Təltifləri
Azərbaycanın Milli Qəhrəmanı
«Zəfər» ordeni«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı
Şükür Nəriman oğlu Həmidov 1975-ci il, aprelin 1-də Qubadlının Armudluq kəndində anadan olub.

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq göstərək şəhid olanlardan biri də Şükür Həmidovdur. O, işğal atında olan Lələtəpə yüksəkliyini fəth edən zabitlərdəndir. O zabitlərdən ki, əsgəri ilə çiyin-çiyinə qanlı döyüş meydanına atılaraq ölümün gözünə dik baxıb. Özünün təbirincə desək, Lələtəpə romantikasını Azərbaycan əsgərinin qarşısından silahını ataraq qaçan düşmən zabitini görmə həzzini yaşayıb.

Həmin kənddə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Həmin liseyi bitirdikdən sonra 1993-cü ildə Bakı Bhirləşmiş Ali Hərbi Komandirlər Məktəbinə qəbul olub. Hələ təhsilini hərbi liseydə davam etdirən zaman könüllü olaraq döyüşlərə qatılmaq arzusunda olduğunu bildirib. Motoatıcı ixtisasına yiyələnən Şükür Həmidov 1995-ci ilin iyun ayında ilk hərbi rütbəsini, leytnant rütbəsini alaraq Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissələrin birində tağım komandiri kimi xidmətə başlayıb. Orada mayor hərbi rütbəsinə qədər yüksəlib. 2006-cı ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub. 2008-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra cəbhə bölgəsində yerləşən N saylı hərbi hissələrin birində bölmə komandiri kimi xidmətimi davam etdirdim. Sonra müxtəlif vəzifələrdə tabor komandiri, qərargah rəisi kimi xidmət edərək, hərbi hissə komandiri vəzifəsinədək yüksəlib.

O, 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.

Həmidov sağlığında verdiyi müsahibədə Lələtəpə döyüşlərini belə xatırlayır: "Həmin günlər düşmən öz aləmində gizli tədbirlər həyata keçirirdi. Onlar arxadakı bölmələrini önə çəkirdilər, döyüş təlimləri adına müəyyən qruplaşmalar yaradırdılar, artilleriya, motoatıcı, mexanikləşdirilmiş tank bölmələrini önə gətirib ərazilərdə cəmləşdirirdilər. Təbii ki, bizim bölmələr boş durmayıb qarşı tərəfin bütün hərəkətini müşahidə edirdi. Baş verənləri təhlil etdikdən sonra anlamışdıq ki, düşmən hücumu ola bilər. Yanılmadıq... Aprelin 1-dən 2-nə keçən gecə düşmən təxribat fəaliyyətinə başladı. Həmin istiqamətdə hərbi hissə komandiri idim. Baxdım ki, düşmən açıq şəkildə hücuma başlayır. Həmin vaxt ön xətdə xidmət aparanların hamısı adi əsgərlər idi. Həmin əsgərlər düşmən hücumunun qarşısını rəşadətlə aldılar. Onlara Azərbaycan əsgərinin zərbi-dəstini göstərdilər. Düşmənə sübut etdilər ki, bu, 1992-1993-cü illərdəki peşəkar zabitlər tərəfindən idarə olunmayan, silah-sursat qıtlığı yaşayan özünümüdafiə bölmələri deyil, bu, ən müasir ordularla müqayisə ediləcək Azərbaycan Ordusudur".

Silahdaşları bildirirlər ki, Şükür Həmidovun ən böyük arzusu işğal altındakı torpaqlarımızı, eləcə də doğma Qubadlı rayonunu işğaldan azad etmək olub və o, Qubadlının bir neçə kəndinin azad edilməsi əməliyyatlarında iştirak edib.

Milli Qəhrəman Şükür Həmidov 22 oktyabrda Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldi.

Vətən müharibəsindəki şücaətlərinə görə, Şükür Nəriman oğlu Həmidov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Zəfər" ordeni, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.