Azərbaycan Respublikasının “Zəfər” ordeni 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanun ilə təsdiqlənib. Bu ordenlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.
«Zəfər» ordeninə layiq görülən qəhrəmanlarımız
Şamil Babayev: “Bayrağı başımın altına qoyarsınız”
Şükür Həmidov: Torpağa deyil, qəlblərə gömülən Milli Qəhrəman
Səmidli Babək : “Ya qalib, ya qazi, ya da şəhid olaq"
Mehman Yusifov: Dünyaya mehman gəlmişdi...